Koronavirus dünyada 500 milyon insanın yoxsullaşmasına səbəb olacaq

İngiltərənin beynəlxalq yardım qurumu "Oxfam" koronavirus səbəbindən meydana gələn iqtisadi çöküşün dünyada 500 milyon insanı yoxsullaşdıra biləcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Avstraliya Beynəlxalq Universiteti ilə London Universitetinin araşdırmasına istinadən edən qurum qlobal yoxsulluğun son 30 ildə ilk dəfə artmağa başladığını bildirib. Açıqlamada iqtisadi böhranın tibbi böhrandan daha ciddi olacağı qeyd edilib.

Sözügedən araşdırmaya görə bütün dünyada 400 ilə 600 milyon arasındainsanın yoxsullaşacağı ehtimal edilir.

Mənbə: The Guardian

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

Onlayn dərs zamanı ekrana pornoqrafik görüntülər çıxdı, nazirlik dərsləri dayandırdı

SONRAKI XƏBƏR

DSMF işçiləri ancaq narazılıq yaradır... - Nə vaxtadək vətəndaşlar sosial yardım yerinə "nəzərə alınacaq"?