Qarabağ müharibəsi zamanı dəstə komandiri olan şəxs ölüb

Qarabağ müharibəsi zamanı dəstə komandiri olan şəxs ölüb

Qarabağ müharibəsi zamanı işğalçı əməliyyatlarda iştirak edən, Ermənistanın Alverdi rayonunda dəstə komandiri olan Sasun Simonyan (1951-ci il təvəllüdlü) ölüb. Ordu.az xəbər verir ki, bu barədə öz “Facebook” səhifəsində “Sasna Tsrer”təşkilatının rəhbəri Jirayr Sefilyan yazıb.
“Onun dəstəsi “Şuşa Əlahiddə Taboru” tərkibində bir çox döyüş əməliyyatlarında iştirak edib”, - deyə o yazıb.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az