Bu ölkə yeganə Qərb dövlətidir ki, koronavirusa “təslim olmur”

Bu ölkə yeganə Qərb dövlətidir ki, koronavirusa “təslim olmur”

Amerika Cons Hopkins Universitetinin son məlumatlarına görə, təxminən 4,7 milyon əhalisi olan Yeni Zelandiyada koronavirusa yoluxanların sayı 1300-dən azdır. Koronavirusdan ölkədə cəmi iki nəfər ölüb.

Otago Universitetinin İctimai Səhiyyə Bölməsinin professorları Maykl Beyker və Nik Uilson “Guardian” qəzetində dərc olunan yazılarında Yeni Zelandiyanın koronavirusla mübarizə strategiyasını müzakirə ediblər.

Moderator.az xəbər verir ki, elmi biliklərin və müasir texnologiyanın üstünlüyünə baxmayaraq, Qərb ölkələri bu virusun yayılmasının qarşısını ala bilmir. Yeni Zelandiya isə “Covid-19”-un geniş yayılmasının qarşısını alan yeganə Qərb ölkəsidir.

Professorlar yazır ki, yeni yoluxanlanların əksəriyyəti səyahətdən qayıdanlardır. Onlar ölkəyə daxil olan kimi karantinə yerləşdirilir. Ancaq qalibiyyət elan etmək hələ tezdir. Ölkədə karantin rejimi elan olunub və məhdudiyyətlər ciddi şəkildə tətbiq edilir.

Yeni Zelandiya koronavirusun qarşısının alınması strategiyasını martın ortalarında tətbiq etməyə başlayıb. Əvvəlcə sərt sərhəd nəzarəti, 14 günlük təcrid, sonra isə karantin rejimi tətbiq olunub.

Mənbə: moderator.az