Avropa da ABŞ-a 25 faizlik rüsum tətbiq edir - Məxfi sənəd

Avropa da ABŞ-a 25 faizlik rüsum tətbiq edir - Məxfi sənəd

Avropa Komissiyası (AK) aprelin 16-dan ABŞ-dan sənaye mallarına 25%-lik cavab rüsumlarının tətbiq edilməsini təklif edib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi AB-nin üzv dövlətlərinə təsdiq üçün göndərilmiş məxfi AK sənədinə istinadən məlumat yayıb.

Agentlik iddia edir ki, AK viski idxal rüsumuna məruz qalan mallar siyahısından çıxarıb. Vaşinqton daha əvvəl viski Avropa rüsumlarına məruz qalacağı təqdirdə AB şərabına 200% ayrıca tarif tətbiq edəcəyi ilə hədələyib.

Məlumata görə, tariflərin üç mərhələdə tətbiqi təklif edilir: birinci paket - aprelin 16-dan, ikinci - mayın 16-dan, üçüncü - dekabrın 1-dən.

Mənbə: axar.az