Müəssisələr kibertəhlükəsizliyin təşkilində nələrə diqqət etməlidir?

Müəssisələr kibertəhlükəsizliyin təşkilində nələrə diqqət etməlidir?

İlin birinci yarısının sona çatmağına az qalıb. Şirkətlərin ən böyük problemi kibertəhlükəsizlikdir. Bəzi araşdırmalara görə, hər 4 şirkətdən biri təhlükəsizliyini təmin etmək üçün IT xərclərini artırmağı planlaşdırır.

 

TED.az xəbər verir ki, mütəxəssislər ilin ikinci yarısına daha yaxşı müdafiə olunmaq istəyən şirkətlərin kibertəhlükəsizliyi üçün 2 vacib məsələyə diqqət yetirməli olduqlarını söyləyirlər.

 

1. Üçüncü tərəf xidmətini yoxlayın.

 

Şirkətlər öz məlumatlarını və şəbəkələrini xarici təhlükələrdən qorumaq üçün çox böyük sərmayə yatırırlar. Lakin hər dəfə üçüncü tərəfi gözardı edirlər. Hakerlər iri şirkətlərin müdafiəsini dəf edə bilməzlər, amma yenə də tərəfdaşlarınızın zəif müdafiəsindən istifadə edərək, sizə zərər verə bilərlər. Ponemon İnstitutu tərəfindən ötən ildə məlumatların pozulması haqqında hesabatda deyildiyi kimi, hakerlərin üçüncü tərəf xidmətləri vasitəsilə şirkətlərə vurduğu ziyan orta hesabla ildə 370 min dollara çatır. Bu onu göstərir ki, şirkətin böyük kibertəhlükəsizlik investisiyalarından əvvəl atacağı ilk təhlükəsizlik addımı tərəfdaşlarının müdafiə strukturlarına nəzarət etməkdir.

 

2. IoT cihazlarınızı nəzarətsiz qoymayın.

 

Smart qurğularda əvvəlki illərlə müqayisədə əşyaların interneti cihazlarından daha çox istifadə edilməyə başlanılıb. Bu, həm şirkətlərin kibertəhlükəsizlik yatırımlarına diqqət yetirməli olduğu məsələdir.

 

IoT cihazları tez-tez haker hücumlarına məruz qalması onun mütəmadi kibertəhlükəyə səbəb ola biləcəyi gözlənilir. IoT cihazlarının etibarlı saxlanılması şirkətlərin kibertəhlükəsizlik məsələsində atdığı vacib addımlardan biridir.

Mənbə: ted.az