Ermənistan Afinada keçirilən DEFEA-2025 beynəlxalq sərgisində iki yeni atıcı silah modelini nümayiş etdirib.
"Maktes Arms” şirkətinin istehal etdiyi T-AB1A modeli hücum, T-AB2A modeli isə yarımavtomat tüfəngidir.
T-AB1A modeli lülənin uzunluğunu itirmədən silahın ölçülərini azaltmaq imkanı verən “bullpup sxeminə” malikdir. Tüfəngin atəş sürəti dəqiqədə 600-700 mərmi təşkil edir.
T-AB2A modeli orta məsafələrdə dəqiq atəş üçün nəzərdə tutulub. Ənənəvi tərtibata malikdir, çəkisi 4,5 kiloqramdır.
Hər iki modelin NATO standartlarına cavab verdiyi, hərbi və xüsusi təyinatlılar tərəfindən istifadə ediləcəyi deyilir.
Mənbə: publika.az