Peyvənd koronovirusdan qoruyacaqmı? – İngiltərə alimlərindən vacib açıqlama

İngiltərənin Oksford Universiteti siçanlar və meymunlar üzərində sınaqdan keçirdiyi koronovirusa qarşı vaksinin nəticələrini açıqlayıb.

Avropa.info xəbər verir ki, açıqlamada vaksinin insanı yalnız qismən qoruduğu bildirilir. Meymunlar üzərində aparılan sınaqda vaksin vurulmuş meymunların bir müddət sonra yoluxduğu və peyvənd olunmamış meymunlarla müqayisədə koronovirus səviyyəsində azalma olmadığı qeyd olunur. Peyvənd sınaqlarının yaxın vaxtlar ərzində insanlar üzərində də sınaqdan keçirilməsi gözlənilir.

Xatırladaq ki, İngiltərə hökuməti Kovid-19 vaksininin hazırlanması üçün 130 milyon sterlinq maliyyə dəstəyi vermişdir. Oksford Universiteti isə “AstraZeneca” dərman şirkəti ilə 100 milyon ədəd peyvəndin istehsalı üçün razılaşmış, ilk 30 milyonunu sentyabr ayına qədər İngiltərədə paylamaq qərarı vermişdi.

Avropa.info

ƏVVƏLKİ XƏBƏR

Bu kənddə 10 ildir oğlan doğulmur - SƏBƏBİ BİLİNMİR

SONRAKI XƏBƏR

Şəmkirdə qadın sürücü zəncirvari qəza törətdi, xəsarət alan var