“Leonardo” Britaniyanın sahil mühafizəsinin təyyarələrini “Osprey 30 E” radarları ilə təchiz edəcək

“Leonardo” Britaniyanın sahil mühafizəsinin təyyarələrini “Osprey 30 E” radarları ilə təchiz edəcək

İtaliyanın “Leonardo” şirkəti Britaniyanın Dəniz və Sahil Mühafizə Agentliyinin idarə etdiyi “Beechcraft King Air” təyyarələrinin köhnə radarlarını “Osprey 30 E” radarları ilə əvəz edəcək. Ordu.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.
“Osprey 30” radarı “Beechcraft” təyyarəsinin göyərtəsində quraşdırılacaq. Yeni radarlar axtarış və xilasetmə, sərhəd mühafizəsi, balıqçılıq patrulları kimi missiyaları dəstəkləmək üçün istifadə ediləcək.
Sevinc Əliyeva
Ordu.az
 

 

Mənbə: ordu.az