Sərhədlər iyunun 15-dən sonra açılacaq

Sərhədlər iyunun 15-dən sonra açılacaq

"Uçuşlar ilkin olaraq Naxçıvanla bərpa ediləcək". Azvision.az -ın məlumatına görə, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, sərhədlərin açılması iyunun 15-dən sonraya nəzərdə tutulub.
İ. Məmmədov əlavə edib ki, bu axşam saat 8-də İstanbuldan Bakıya 174 nəfər azərbaycanlı gələcək.
Aytən Zəhra
Azvision.az
 

Mənbə: azvision.az