“Huawei” şirkəti “Google Search”in analoqunu təqdim edib

“Huawei” şirkəti “Google Search”in analoqunu – “Petal Search”i rəsmən təqdim edib. Bu haqda Çin korporasiyasının yaydığı bəyanatda deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech”Petal Search”in köməyi ilə istifadəçilər lazımi informasiyanı axtarmaqla yanaşı, həm də xəbərləri, hava haqqında məlumatları, videoları izləyə və musiqi dinləyə, mehmanxanalarda nömrə bronlaşdıra və proqramlar yükləyə bilərlər. Bundan başqa, “Huawei” şirkəti sözügedən xidmətin funksionallığının tədricən artırılacağına dair söz verib.

Çin şirkəti bir ildir bu xidmətin hazırlanması ilə məşğul olur. Sınaqlar zamanı axtarış xidməti “Huawei Search” adlandırılıb

EDNews.net

Ednews.net

ƏVVƏLKİ XƏBƏR

Xəzərə çirkab sulari axıdılır - Sahibkarlar kanalizasiya xəttini ümumi şəbəkəyə qoşmaq istəmir

SONRAKI XƏBƏR

Səkinə Babayeva: "Nə yaxşı ki, bu cür dəyərlər hələ də yaşayır" - Müsahibə