ABŞ HHQ B-52 bombardmançılarının mühərriklərini dəyişdirəcək

ABŞ HHQ B-52 bombardmançılarının mühərriklərini dəyişdirəcək

ABŞ Hərbi Hava Qüvvələri B-52 bombardmançı donanmasını yeni mühərriklərlə təchiz etmək niyyətindədir. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunun üçün üç şirkət mühərriklərin prototipini hazırlayacaq.

“General Electric”, “Rolls-Royce” və “Pratt & Whitney” şirkətləri 2021-ci ilin iyun ayına kimi mühərrikləri hazırlamalıdır. Prototiplərdən biri seçildikdən sonra şirkətlə müqavilə bağlanılacaq.

Hazırda ABŞ Hərbi Hava Qüvvələri hər biri səkkiz ədəd TF33 mühərriki ilə təchiz olunmuş 76 ədəd B-52 bombardmançıları istifadə edir. HHQ 608 yeni mühərrik, həmçinin ehtiyat və təmir hissələri üçün sifariş verməyi planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az
 

 

Mənbə: ordu.az