İnternet sürətində yeni rekord: 44,2 terabit/saniyə

İnternet sürətində yeni rekord: 44,2 terabit/saniyə

Avstraliyanın Monaş, Svinborn v RMIT universitetləri tədqiqatçıları yeni internet sürəti rekorduna imza atıblar.


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 75 km uzunluğundakı standart fiberoptik kabel vasitəsilə 44,2 Tbps internet sürəti qeydə alınıb.


Melburn şəhəri ilə Monaş Universitetinin Clayton kampusu arasında əldə edilən bu sürət saniyədə 50-dən çox 100GB ölçüyə malik Ultra HD Blu-Ray diskin cəmi qədər data göndərmə mənasına gəlir.


Yaxşı, bəs bu rekordun bizə nə faydası var?


Açıqlamaya görə, bu rekord üçün qurulan infrastruktur çox xüsusi sistemlərə ehtiyac duymur. Yəni sözügedən infrastrukturun gələcəkdə mövcud fiber şəbəkələr də istifadə edilə biləcəyi deyilir.


Bu sürətə “micro-comb” adı verilen texnologiya sayəsində çatıldığı qeyd edilib. Həmin texnologiya kabel fiberlərinə yerləşdirilir.


Bu texnologiyanın ilk dəfə təcrübədən keçirildiyi də vurğulanıb.

Mənbə: ted.az