“Nokia” rekorda imza atıb

“Nokia” rekorda imza atıb

Finlandiyanın "Nokia" şirkəti "5G" şəbəkələrində məlumatların ötürülmə sürətinə görə dünya rekorduna imza atıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Nokia" şirkəti Texas ştatında yerləşən Dallas şəhərində məlumatların ötürülmə sürətinə görə rekorda imza atıb.

Nəticədə ABŞ-ın nəhəng operatorlarının kommersiya şəbəkələrinin baza stansiyalarının avadanlıqlarında aparılmış sınaqlar zamanı 4,7 Qbit/san sürət əldə edilib. Bu, "EN-DC" ikiqat texnologiyasının bütün tarixi ərzində ən yüksək sürətdir.

Şirkətdən bildirilib ki, belə rekorda imza atılması ABŞ-ın ərazisində "5G"-nin inkişafı üçün vacib mərhələdir.

 

Milli.Az

Mənbə: news.milli.az