OnePlus şirkəti bu il öz smartfonlarının eksklüziv versiyalarını təqdim etməyə bilər

Smartfon istehsalçılarının çoxu müxtəlif avtomobil şirkətləri ilə birlikdə əməkdaşlıq çərçivəsində öz smartfon modellərinin eksklüziv versiyalarını təqdim edirlər. OnePlus şirkəti də bu cür smartfon istehalçıları siyahısındadır. Məsələn OnePlus 6T McLaren Edition smartfon modeli məşhur avtomobil istehsalçısı olan McLaren şirkəti ilə birlikdə olmuş əməkdaşlıq çərçivəsində istehsal olunmuşdu.

Bura həmçinin 2019-cu ildə satışa çıxmış OnePlus 7T McLaren Edition modeli də daxildir. Lakin yeni məlumata əsasən şirkət bu il bu cür strategiyadan imtina edəcək. Bu barədə Gizchina saytı xəbər verib. İnsayderlərin verdikləri məumata əsasən OnePlus şirkəti McLaren şirkətinin saytında rəsmi partnyorlar siyahısından yoxa çıxıb.

Qeyd etmək lazımdır ki, OnePlus şirkəti həmçinin Avropa bazarındakı biznesində də dəyişikliklər edib. Belə ki, şirkət Avropadakı baş ofisini Londondan Helsinki şəhərinə köçürdüb. Məlumata əsasən OnePlus ilə əməkdaşlıq edəcək yeni avtomobil istehsalçısı Koenigsegg şirkəti olacaq. Bu şirkət idman avtomobillərinin istehsalı ilə məşğuldur. OnePlus şirkəti avtomobil istehsalçısı partnyorunun dəyişilməsi barəsində məlumata şərh verməyib.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda avtomobil 50 yaşlı piyadanı vurdu

SONRAKI XƏBƏR

Əhali təkidlə müharibə istəyir... – Deputat