ABŞ “Growler” üçün hazırlanan yeni REM vasitələrinin son sınaqlarına başlayıb

ABŞ “Growler” üçün hazırlanan yeni REM vasitələrinin son sınaqlarına başlayıb

ABŞ Hərbi Dəniz Qüvvələri “Boeing” istehsalı EA-18G “Growlers” təyyarələrini yeni nəsil REM vasitələri ilə təchiz etmək üçün rəqabət aparan iki sistemin son sınaqlarına başlayıb. Ordu.az xəbər verir ki, qalib gələn şirkət təyyarələr üçün “Next Generation Jammer Low Band” (NGL-LB) adlı REM vasitələri tədarük edəcək.

Bildirilir ki, HDQ rəqabət aparan “Northrop Grumman” və “L3Harris” şirkətlərinin hazırladığı REM-ləri sınaqdan keçirəcək.

Bildirilir ki, yeni cihazlar radarla idarə olunan yerüstü hava raketləri, habelə aşağı radio tezliklərdə işləyən yerüstü rabitə sistemləri kimi düşmənin hava müdafiəsini pozmaq, aldatmaq üçün hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az