Feysbuk şirkəti də əməkdaşlarına daimi şəkildə məsafədən işləməyə icazə verəcək

Feysbuk şirkəti də əməkdaşlarına daimi şəkildə məsafədən işləməyə icazə verəcək

Feysbuk korporasiyası məsafədən işləyən işçilərinin sayını artırmağa, bəzi işçilərini isə davamlı olaraq distant iş rejiminə keçməsinə icazə verməyi planlaşdırır.

TED.az xəbər verir ki, bu haqda Mark Zukerberq deyib.

Zukerberqin sözlərinə görə, yaxın beş-on il ərzində Feysbuk işçilərinin 50% -i məsafədən işləyə bilər.

O, etiraf edib ki, məsafədən iş rejiminə keçdikdə, işçilərin məhsuldarlığının azalacağından ehtiyat edib. Lakin onların məhsuldarlığı azalmayıb, əksinə bəzi işçilərin məhsuldarlığı daha da artıb.

Mənbə: ted.az