NASA-dan Beynəlxalq Kosmik Stansiya ilə bağlı AÇIQLAMA

NASA-dan Beynəlxalq Kosmik Stansiya ilə bağlı AÇIQLAMA

NASA Kennedi Kosmik Mərkəzindən Beynəlxalq Kosmik Stansiyaya kosmonavtların göndərilməsi üçün son yoxlamaların aparıldığını və starta hazır olduğunu açıqlayıb.

Sonxeber.az xəbər verir ki, ABŞ Aviasiya və Kosmik Agentliyi (NASA) və "SpaceX" şirkətinin rəsmi şəxsləri gələn həftə Florida ştatındakı qərargahdan bir raket və iki kosmonavtın kosmosa göndərilməzdən əvvəl buraxılış sistemlərinin yoxlanıldığını və hazırlıqların tamamlandığını açıqlayıb.

NASA-nın rəhbəri Jim Bridenstine "Twitter" hesabında bir fotoşəkil paylaşaraq "Başlatmaq niyyətindəyik. Hazırlıqlar tamamlandı və NASA-nın "SpaceX" "Crew Dragon" missiyasını həyata keçirmək üçün uçuşa hazırlaşır'' deyib.

F.Ağayeva

Mənbə: sonxeber.az