ABŞ-da koronavirus peyvəndi kütləvi şəkildə sınaqdan keçiriləcək

ABŞ-da koronovirusa qarşı potensial peyvəndlərin geniş sınaqları keçiriləcək.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "Reuters" xəbər verir.

Təcrübə peyvəndlərin hazırlanması və sınaqlarının 10 illik müddətini bir neçə aylıq edib azalda bilər.

Buna nail olmaq üçün aparıcı peyvənd istehsalçıları məlumatları bölüşməyə və, öz dərmanları uğursuz olduğu təqdirdə, rəqiblərinə kliniki sınaqların nəticələrindən istifadə etməyə icazə veriblər.

Təhlükəsiz hesab olunan bütün dərmanlar 20-30 min insan üzərində sınaqdan keçiriləcək. Genişmiqyaslı sınaqların başlanması iyul ayına planlaşdırılır.

Milli Sağlamlıq İnstitutunun direktoru Frensis Kollinzin sözlərinə əsasən isə, tədqiqatda 100-150 minədək insan iştirak edə bilər.

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

İslam ölkələri Fələstin üçün TOPLANACAQ

SONRAKI XƏBƏR

Keçmiş erməni nazir müavini: “Hazırkı hökumət bu günə qədər müsbət nəticəsi olan bir addım atmayıb”