Türkiyə Hərbi Dəniz Qüvvələrinin yerli istehsal olunan birinci sinif freqat layihəsinin ilk gəmisinin (TCG İstanbul) 2020-ci ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin dövlət tərəfindən dəstəklənın STM şirkətinin baş direktoru Murat İkinci məlumat verib.
O bildirib ki, yeni freqata ciddi silah sistemləri quraşdırılacaq. ASELSAN, HAVELSAN, ROKETSAN kimi yerli şirkətlərlə əməkdaşlıq edilərək inşa edilən gəminin ilin sonunadək Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi nəzərdə tutulub.
Mənbə: ordu.az