Koronavirusdan ölüm riskini azaldan preparat tapılıb

Bakı. Trend:

ABŞ-ın Cons Hopkins Universitetinin Tibb Məktəbinin alimləri COVID-19 infeksiyasının ağır formasına qarşı aşkar olunan vasitənin kliniki sınaqlarına başlayıb.

Trend-in məlumatına görə, həmin preparat alfa-blokatorlar qrupuna aiddir.

Aparılan müşahidələr nəticəsində məlum olub ki, COVID-19-a yoluxmuş xəstə digər xəstəliklərin müalicəsi üçün alfa-blokatorlar qəbul edibsə, onun kəskin respirator xəstəliklərdən ölüm riski azalır.

Müşahidələr tam təsdiqlənmədiyi üçün mütəxəssislər sınaqlar keçirməyi planlaşdırır. 6 gün davam edəcək sınaqlardan sonra, 60 gün ərzində xəstəxanalara yerləşdirilən, eləcə də intensiv terapiya müalicə tələb olunan insanların sayını müşahidə edəcək.

Alfa-blokatorlar qan damarlarının daralmasına təsir edən, həmçinin adrenalin və noradrenalin reaksiya verən alfa-1 reseptorlarının fəaliyyətini zəiflədir. Bu tərkibli preparatlar prostat vəzi xəstəliklərində, yüksək qan təzyiqində təyin olunur.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

"Savadsız adamdan müğənni ola bilər" Xalq artisti Faiq Ağayev

SONRAKI XƏBƏR

"Azğınlaşmış işğalçıya nota ilə cavab verməyin vaxtı çoxdan keçib"