İsrail şirkəti adı açıqlanmayan ölkəyə elektro-optik sistemlər satıb

İsrail şirkəti adı açıqlanmayan ölkəyə  elektro-optik sistemlər satıb

İsrailin müdafiə sənayesi şirkəti olan “Rafael Advanced Defence Systems” adı açıqlanmayan bir ölkəyə uçuş vasitələri üçün elektro-optik sistemlər satıb. Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, şirkət müqavilədə adının açıqlanmamasını tələb edən ölkənin hava qüvvələri üçün 5-ci nəsil “Litening” və “RecceLite” elektro-optik sistemlərinin tədarükünü həyata keçirib.

“Rafael” tərəfindən hazırlanan “Litening” elektro-optik cihazları hazırda 27 ölkənin hava qüvvələri tərəfindən istifadə olunur; F-16, F-16, AV8B, F-18, F-4, F-5, A-10, B-52, “Jaguar”, LCA, AMX, “Mirage 2000”, “Tornado”, “Tayfun”, “MiQ-21”, “MiQ-27”, M346, KC390 “Gripen”, “Su-27” və “Su-30” daxil olmaqla 25-dən çox platformaya quraşdırılıb.

“Litening” təyyarələr üçün real vaxt rejimində infraqırmızı (FLIR + SWIR) görüntüləmə və gündüz vaxtı HD rəngli kamera təqdim edir.

“RecceLite” dünyada 13 ölkə tərəfindən istifadə olunur və F-16, F-18, “Jaguar”, AMX, “Tornado”, “Tayfun”, “Gripen”, M-346 da daxil olmaqla, müxtəlif platformalara inteqrasiya olunub.

 

Mənbə: ordu.az