Feysbuk daha bir sızıntı ilə gündəmdədir

Feysbuk dünyanın ən böyük sosial media platforması kimi xatırlanmaq əvəzinə skandallarla gündəmə gəlməyə başlayıb.

TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, platformada yer alan milyonlarla şəxsi məlumatın sızdırıldığı ortaya çıxıb.

Vyetnamda yerləşən serverlərdəki 12 milyon Feysbuk hesabının məlumatları sızdırılıb. Sızdırılan datalar arasında ad, doğum yeri, doğum tarixi, GPS detalları, istifadəçi adları və digər hesab məlumatları da yer alır.

Sızıntının gerçəkləşdiyi serveri qapadan Feysbuk rəsmiləri məsələ ilə bağlı hansısa açıqlama verməyiblər.

Təhlükəsizlik səviyyəsinin kifayət olduğunu hər fürsətdə vurğulayan Mark Zuckerbergin sözləri də bu sızıntılardan sonra öz dəyərini itirmiş kimi görünür.

Qeyd edək ki, bir neçə həftə əvvəl 267 milyon Feysbuk hesabının şəxsi məlumatlarını satmağa çalışan haker saxlanılıb.

Ted.az

ƏVVƏLKİ XƏBƏR

Vüsalənin paltar sevdası FOTOLAR

SONRAKI XƏBƏR

Özünü 16-cı mərtəbədən atan müdafiə naziri - “Rusiya təhlükəsi” Forrestolda psixi xəstəlik yaradıbmış - FOTO