“Raytheon” ABŞ donanmasının mina aşkarlayan sonar sistemlərinə dəstək verəcək

Pentaqon ABŞ donanmasında xidmət edən kiçik sualtı robotların AN/AQS-20 sonar (hidrolokasiya) sistemlərinə dəstək verməsi üçün “Raytheon” şirkəti ilə müqavilə imzalayıb. Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat yayılıb.

Bildirilir ki, müqavilənin dəyəri 10.5 milyon dollardır. Sonarlar dənizin altındakı minaları aşkarlamaq üçün nəzərdə tutulub.

Müqaviləyə sistemlərin əsaslı təmir olunması, aparat və proqram təminatı, əvvəlki problemlərin həll olunması, etibarlılıq və davamlılığının yaxşılaşdırılması, sınaqlar və s. daxildir.

Sevinc Əliyeva
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Yatmış Bakı sakininin tovuzquşuları oğurlandı

SONRAKI XƏBƏR

17-ci yüzildə Diyarbəkirin əhalisi Azərbaycan türkləri olub- Sənəd