“Fincantieri” İtaliya HDQ üçün inşa edilən ikinci çoxməqsədli patrul gəmilərini təqdim edib

“Fincantieri” İtaliya HDQ üçün inşa edilən ikinci çoxməqsədli patrul gəmilərini təqdim edib

“Fincantieri” şirkəti “Riva Trigoso” gəmiqayırma zavodunda təşkil edilən mərasimlə İtalya Hərbi Dəniz Qüvvələrinin ikinci çoxməqsədli dəniz patrul gəmilərini təqdim edib. Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Paolo Thaon di Revel” sinfinə məxsus gəmilər “Fincantieri” tərəfindən İtalya Hərbi Dəniz Qüvvələri üçün inşa edilən çoxməqsədli hərbi gəmilərin bir sinfidir. İtaliya Hərbi Dəniz Qüvvələrinin sifarişi əsasında yeddi çoxməqsədli dəniz patrul gəmisinin növbəti sinfinə məxsus gəmilər 2026-cı ilə qədər təhvil veriləcək.

Uzunluğu 132.5 metr olan gəminin ekipajına 171 nəfər daxil ediləcək.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az