Yaponiya Almaniya şirkətindən SFP9 tapançaları sifariş verib

Yaponiya Almaniya şirkətindən SFP9 tapançaları sifariş verib

Yaponiya Müdafiə Nazirliyi ölkənin Quru Özünümüdafiə Qüvvələri üçün Almaniyanın “Heckler & Koch” şirkəti tərəfindən istehsal olunan yarımavtomatik SFP 9 tapançaları sifariş verib. Ordu.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, şirkətdən 323 ədəd 9×19 mm kalibrli SFP 9 tapançaları alınacaq.

Yeni tapançalar Yaponiya ordusunun istifadə etdiyi “SIG Sauer” tərəfindən istehsal olunan P9 tapançalarını əvəz edəcək.

Qeyd edək ki, Yaponiyanın quru qoşunları son 38 il ərzində ilk dəfə standart tapançalarını əvəz edir.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az