Virusu 30 saniyəyə öldürən dezenfeksiya kabini

Virusu 30 saniyəyə öldürən dezenfeksiya kabini

Yeni tip koronavirus epidemiyası ilə mübarizədə səhiyyə işçilərini və xəstələri virusun yoluxmasından qoruyacaq bir dezenfeksiya kabinini, kvant araşdırmaları aparan mütəxəssislər hazırladı. Kabin haqqında məlumat verən mütəxəssislər belə dedilər: "Ultrabənövşəyi dezenfeksiya kabinində reallaşdırdığımız təcrübələrdə, istifadə etdiyimiz model, hüceyrənin 30 saniyə kimi çox qısa müddətdə 100% çatan nisbətdə öldüyünü müşahidə etdik".

Araşdırmaçılar koronavirus epidemiyası mübarizəsində virusun yoluxma riskini yox edən dezenfeksiya cihazları üzərinə araşdırmaları davam etdirir. Aprel ayında əl cihazının dizaynını edən və hazırlanması üçün hərəkətə keçən qrup, indi də Heksagon Studio MMM ilə birlikdə "Dezenfeksiya Kabini" yaratdı.

KOVİD-19 virusunun yayılma sürəti səbəbi ilə qısa zamanda qlobal bir təhdidə çevrildiyini vurğulayan mütəxəssislər, virusun yayılmasına daşıyıcıların səbəb olduğunu ifadə etdi. Epidemiya ilə mübarizədə ön cəbhədə döyüşən səhiyyə işçilərinin ən çox risk altında qaldığına diqqət çəkərək, yaratdıqları kabində ozon və ultrabənövşəyi şüalarını birlikdə istifadə edərək, səhiyyə işçiləri üzərindəki sipərlik, eynək, əlcək, qoruyucu paltar kimi fərdi qorunma vasitələrini dezinfeksiya edilməsinin məqsəd qoyulduğunu ifadə etdi. Bu sayədə, xəstə ilə təmas sonrası virusun yoluxduğu fərdi qoruma vasitələrinin, başqa bir xəstə ilə təmas etmədən və özünə bulaşmadan virusdan təmizlənməsinin təmin edildiyini ifadə etdi.

Mənbə: news.milli.az