Apple yeni əməliyyat sistemini təqdim edib — Əsas mövzu pandemiyadır

Apple yeni əməliyyat sistemini təqdim edib — Əsas mövzu pandemiyadır

Apple, iOS və iPadOS platformalarının yeni versiyasını təqdim edib. Yeni sistem istifadəçilərə koronavirus pandemiyası ilə bağlı bəzi rahatlıqlar gətirir.

Milli.Az ted.az-a istinadən bildirir ki, sistem təminatının 13.5 versiyası özündə bir neçə yeni xüsusiyyət ehtiva edir.

Face İD ilə işləyən cihaz sahibinin üzündə maska olduqda, Face ID ilə işləyən cihazlar avtomatik olaraq parol kodunu daxil etməyi təklif edəcək. Smartfon istifadəçinin üzündə maskanın olduğunu müəyyən edə biləcək.

İOS 13.5-də səhiyyə xidmətlərinə koronavirusa yoluxmuş insanların təmaslarını izləməyə imkan verən API də quraşdırılıb. Eyni funksiyanı Google da Android təminatlı smartfonlarda tətbiq edib.

Yeni sistemə əsasən, smartfon, fövqaladə vəziyyət yarandıqda, avtomatik olaraq "Medcards" məlumatlarını xilasetmə xidmətlərinə ötürə biləcək.

Bundan əlavə, istifadəçi FaceTime video zəng xidmətində qrup zəngləri olduğu zaman "avtomatik vurğu" ya nəzarət edə biləcək. Qrup zənglərinin iştirakçılarının şəkilləri eyni ola bilər və ya spikerin pəncərəsi danışdığı anda böyüyə biləcək. Bunun üçün parametrlərdə xüsusi keçid var.

Milli.Az

Mənbə: news.milli.az