Belarusda muxtar rejimdə işləyən ilk 5G şəbəkəsi istifadəyə verildi

Belarusda muxtar rejimdə işləyən ilk 5G şəbəkəsi istifadəyə verildi

“A1” şirkəti Belarusda muxtar arxitekturaya əsaslanmış ilk 5G şəbəkəsini (5G Standalone (SA) istifadəyə verib.
TED.az xəbər verir ki, şəbəkə test rejimindədir.
Bu şəbəkənin əsas fərqi onun tam muxtar rejimdə işləməsidir. 5G Standalone (SA), Non-Standalone-dan (NSA) fərqli olaraq, LTE infrastrukturuna bağlanmır.
Belə bir şəbəkənin ilkin mərhələlərdə yerləşdirilməsi NSA-dan daha çətin və daha bahalı prosesdir, lakin bu sistem istifadəçiləri beşinci nəsil texnologiyalarla dərhal təmin etməyə imkan verir.
Qeyd edək ki, 5G şəbəkəsi ilk növbədə Oktyabr Meydanında və Minskdəki “Velikiy kamen” sənaye parkında sınaq rejimində işə başlayacaq.
Gələcəkdə əbəkənin Minsk-Arena metropoliten kompleksinin ərazisində və İdman Sarayının yaxınlığında fəaliyyət göstərməsi nəzərdə tutulub.

Mənbə: ted.az