Ferrari yeni elektrokar hazırlayır - FOTO

Ferrari şirkəti markanın tarixindəki ilk elektrik superkarını hazırlayır. İtalyan markası yeni superkarın "yeni texnologiyaların pioneri" olacağını vəd edir. İtalyan avtomobil istehsalçısının direktoru Enriko Qalliera "Autocar" nəşrinə verdiyi müsahibədə, Ferrari şirkətinin elektrik avtomobili yaratmaq qərarına gəlməsinin başqalarının elektrokar buraxıdığına görə deyil, bazarda yeni bir şey təklif etmək üçün olduğunu bildirib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Ferrari şirkətinin elektromobili 2025-ci ildən sonra satışa çıxmalıdır. Patent sənədlərinə görə, şirkət dörd müstəqil elektrik mühərriki olan iki nəfərlik tamötürməli superkar üzərində işləyir. Bu sxem fırlanma anını davamlı olaraq tənzimləməyə və zəruri hallarda kinetik enerjini rekuperasiyası sistemini işə salmağa imkan verəcəkdir.

Keçən ilin sonunda Ferrari şirkətinin baş direktoru Lui Kamilyeri şirkətin elektrokar üzərində işləyən zamanı qarşılaşdığı problemlərdən danışıb. O, italyan markasının mühəndislərinin "mövcud olan texnologiyaların inkişaf səviyyəsindən" məmnun olmadıqlarını söyləyib. Söhbət, xüsusilə, batareyaları doldurma sürəti və çox da böyük olmayan yürüş ehtiyatından gedirmiş.

Bu günə Ferrari şirkətinin model xəttində yalnız bir qoşulan hibrid avtomobili var - SF90 Stradale.Superkar, tərkibinə 4,0-litrlik V8 mühərriki və üç elektrik mühərriki daxil olan hibrid güc qurğusu ilə hərəkətə gəlir. Hibrid qurğunun ümumi hasilatı 1000 at qüvvəsi təşkil edir. Superhibrid 100 km/saat həddini 2,5 saniyəyə toplayır və 340 km/saata qədər sürətlənir.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Şəmkirdə avtomobil qəzası olub

SONRAKI XƏBƏR

Güclü külək avtomobili yararsız hala saldı