Almaniya rəsmisi dövlət qurumlarına xəbərdarlıq etdi: "Whatsapp işlətməyin"

Almaniya Federal Məlumatları Qoruma Mərkəzinin komissarı Ulrich Kelber rəsmi şəxsləri təhlükəsizlik məsələlərindən dolayı Whatsapp istifadə etməməyə səsləyib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Ulrich Kelber bu barədə bir sıra dövlət qurumlarına məktub göndərib.

Məktubda hər mesaj göndərirlərkən Whatsapp-ın xeyli fərdi məlumat ələ keçirdiyi və bu məlumatları Feysbuka göndərdiyi qeyd olunub.

Whatsapp-ın mövzuya rəsmi açıqlamasında isə məlumat təkzib edilib. Şirkət rəsmiləri mesajların başdan-ayağa şifrələndiyini, onları yalnız mesajlaşan tərəflərin gördüyünü vurğulayıblar.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Almaniya Bundesliqasının oyununda karton azarkeşlər

SONRAKI XƏBƏR

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ