İlon Mask ABŞ-ın koronavirus statistikasını  “saxta” adlandırdı...

İlon Mask ABŞ-ın koronavirus statistikasını  “saxta” adlandırdı...

“Koronavirus simptomlarına bənzər xəstəlikləri olanları da bu statistikaya daxil ediblər...”

“Düşünürəm ki, hər şey yoluna düşəndə bəlli olacaq ki, koronavirus insanların düşündüklərindən daha kiçik bir problem olub".

Moderator.az xəbər verir ki, bu sözləri dünya şöhrətli amerikalı iş adamı, “Tesla” və “SpaceX”-in qurucusu İlon Mask, “Bloomberg Businessweek”-ə müsahibəsində söyləyib.

O bildirib ki, ABŞ-da koronavirus xəstələrinin sayının hesablanmasının ümumi statistikaya “COVID-19”-a bənzər simptomları olan xəstələrində əlavə edildiyi aprel ayının ortalarından etibarən etibarlıı olmayıb.

"Düşünürəm ki, “COVID”-in test tərəfindən təsdiqlənməmiş, sadəcə, “COVİD”-ə bənzər simptomları təqdim edənlərə statistika etibarlı deyildi. Statistika, ehtimal ki, aprel ayının ortalarından etibarən saxta oldu. “COVID”-ə bənzər simptomlar yüzə yaxın. Əslində hər şey "-deyə Mask söyəyib

İş adamı “SpaceX” əməkdaşları arasında ciddi bir infeksiyanın olmadığını da qeyd etdi.

"...”SpaceX” bu müddət ərzində milli müdafiə ilə bağlı işlərlə məşğul olduğundan işləməyə davam etdi. 8 min insan pandemiya boyu bütün gün ərzində çalışdı. Los-Ancelesdə, Texas, Florida-da işləməyimizə baxmayaraq, bizdə heç bir bir yoluxma və ya ölüm halları olmadı. Eyni vəziyyət təxminən 7 min “Tesla” əməkdaşının çaışdığı Çində də baş verdi. Düşünürəm ki, hər şey düzəldikdə bəlli olacaq ki, bütün bunlar insanların düşündüklərindən daha kiçik bir problem olub” – İ.Mask belə deyib.

Mask bundan əvvəl ABŞ-da “COVID-19” pandemiyası səbəbiylə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin erkən qaldırılmasına çağıran bir sıra açıqlamalar vermişdi. "İnsanlara azadlıqlarını geri verin!"- “Space-X” qurucusu “Tvitter”-də “Wall Street Journal”ındakı "Karantin insanların həyatını xilas edirmi?" müəllif məqaləsinə cavab olaraq belə söyləyib.

Sultan Laçın

 

Mənbə: moderator.az