Az yatanları bu təhlükə gözləyir

Az yatanları bu təhlükə gözləyir

Yuxu problem yaşayanlara üzücü xəbərimiz var. Az yatanları kökəlmə təhlükəsi gözləyir.

Axeber.az xarici mətbuata istinadən bildirir ki, Amerikada aparılan araşdırmalara görə, az yatmaq kökəlmə riskini artırır. Həftədə 4 gecə normal yuxu almayanların kökəldiyini söyləyirlər.

Aparılan araşdırmada kalori baxımından zəngin qidalarla bəslənərək 4 gecə boyunca 5 saatdan çox yatmasına icazə verilməyən könüllülərin, obezitəyə daha yaxınlaşdığı müşahidə edilib. Siz də deyə bilərsiniz ki, bizdə kalori baxımından zəngin qidalarla qidalanmasaq heç də kökəlmərik. Ancaq, təəssüf ki, araşdırmalar belə söyləmir.

Son illərin araşdırmaları göstərir ki, kardiovaskülər xəstəliklər və bütün bunlarla yanaşı ölüm riskinin artırdığını vurğulayıblar. Mütəxəsislərin sözlərinə görə, az yuxu aclıq hormonu olan leptin səviyyəsini aşağı salır. Tədqiqat nəticələri San Diego şəhərində "maddələr mübadiləsinə" həsr olunan konfransda açıqlanıb və az yuxunun qidalanma vərdişləri, iştah ilə əlaqəli olduğu üzə çıxıb. Mövzu ilə əlaqədar məqalə isə Fransanın "Le Figaro" qəzetinin internet saytında dərc olunub.

Onu da qeyd etmək lazımdır ki, yuxusuzluq kökəlmə ilə yanaşı, digər xroniki xəstəliklərə səbəb olur. Yüksək təzyiq, şəkər, ürək xəstəlikləri və infeksiyalara tutulma riskini artırır. Depressiyaya səbəb olan yuxusuzluq həyat keyfiyyətini aşağı salaraq, yorğun və aqressiv olmağa təsir edir. Bu baxımdan yuxu pozğunluğu olan şəxslər kökəlməyə səbəb olan yanlış vərdişləri tərgitməli və düzgün həyat tərzinə yönəlməlidirlər. Çəkini qorumaq da vacibdir.

Nizamlı olaraq idman etmək yuxu keyfiyyətini artırmağa kömək edir. Bütün bunlar həm sağlamlıq üçün, həm də artıq çəki üçün xeyirlidir.

Mənbə: axeber.az