Məşqdən sonra bu suyu içməliyik?! – inanılmaz FAYDASI

Məşqdən sonra bu suyu içməliyik?! – inanılmaz FAYDASI

Daha effektiv bir məşq əldə etmək, məşq sonrası vücudumuzu yeniləmək və gücləndirmək üçün su qədər faydalı başqa içkilərin olduğunu bilirdinizmi?

Axeber.az xarici mətbuata istinadən bildirir ki, həmin faydalı içkilərdən biri də turşu suyudur. Məşq etdikdən sonra turşu suyu içmək vücudun canlanmasına və bədənin itirdiyi mayenin yenidən bərpasına kömək edir.
Turşu suyunun məşq etməklə əlaqəsi olmayacağını düşünürsünüzsə, yanılırsız. Bu sizə qəribə gələ bilər, fəqət aparılan araşdırmaların nəticəsi damar tutulmalarının qarşısını almaqda turşu suyunun ən faydalı içki olduğu ortaya çıxarıb.
Amerikada Universitetlərdən birində aparılan araşdırmaya görə, məşqdən sonra turşu suyu içən idmançıların sadə su içənlərə nisbətən kramplardan(ayağın arxa hissəsində damar tutulmaları) xilas olduğu ortaya çıxıb. Təbii qida şirəsi olan turşu suyunun tərkibindəki maddələr beyində- damar tutulmalarını tətikləyən bölgələri təhdid edərək damar tutulmalarının qarşısını alır. Bəs turşu suyunu bu qədər möcüzəvi qılan nədir?
Sirkə- Araşdırmalar sirkənin emal etdiyi asetik asitin maddəsinin mədəyə düşdükdən sonra beyinə siqnal ötürdüyünü və bu səbəbdən əzələləri rahatlaşdırdığını və damar tutulmalarının aradan qalxdığını ortaya çıxarıb.
Məşqdən sonra vücudunuz tərləmə ilə çoxlu maye və duz itkisi yaşayır. Odur ki, məşqdən sonra içəcəyiniz yarım litr turşu suyu vücudunuza lazım olan maye və duzu geri qaytarır. Həmçinin, turşu suyu məşqdən sonra fiziki və zehni yorğunluğun aradan qalxmasına, enerjinizin artmasına səbəb olacaqdır.

Mənbə: axeber.az