Apple şirkəti Çindən olan məhsullarını sürətlə köçürməyə başlayıb

Apple şirkəti Çindən Hindistan və Vyetnama məhsul köçürməsini sürətləndirib. Bu addımla şirkət Çin və ABŞ arasındakı gərginlik vəziyyətdən yaranan risklərdən özünü qorumağa çalışır. Qeyd etmək lazımdır ki, ən çox iPhone Foxconn Çin zavodlarında yığılır.

Milli.Az ted.az-a istinadən bildirir ki, eyni zamanda Apple uzun müddət istehsalının böyük hissəsini başqa ölkələrə təhvil vermək qərarına gəlib. Çünki vyetnamlı işçilər şirkətə daha ucuz əmək haqqına başa gələcəklər.

Xatırladaq ki, bir müddət əvvəl Çin hakimiyyətinin ABŞ şirkətlərinə məhdudiyyətlər tətbiq etməyi planlaşdırdığını bildirmişdik. Əlbəttə ki, Apple şirkəti də bu siyahıda yer alır

Çin bununla da ABŞ-ın Huawei üçün çip tədarükünü çətinləşdirmək cəhdlərinə cavab vermək niyyətindədir.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Türk mediası THY-nin iyun ayı üçün uçuş istiqamətlərini yayımladı, siyahıda AZƏRBAYCAN da var

SONRAKI XƏBƏR

Dünyada son sutkada, təxminən 110 min nəfər koronavirusa yoluxub