Google və Apple-ın “ulduzu barışır”?

Google və Apple-ın “ulduzu barışır”?

Google-un baş direktoru Sundar Pichai Apple ilə bağlı maraqlı açıqlama verib.
TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o birgə yürütdükləri layihələrin davamlı olmasını istədiyini deyib.
S.Pichai açıqlamasında Google və Apple-ın ortaq inkişaf etdirdiyi koronavirus təqib sistemi layihəsindən də söz açıb.
Daha sonra, o, Apple ilə ortaq iş görməyə fokuslandığını vurğulayıb. S.Pichai Apple baş direktoru Timoty Cook ilə davamlı əlaqə saxladığını da gizlətməyib.
Mobil bazarda yaşanan Android və iOS rəqabətindən dolayı bir çox nöqtədə S.Pichai və T.Cookun adı qarşı-qarşıya gəlir. Bir müddət əvvəl gerçəkləşən ortaq layihədən sonra isə işlərin dəyişdiyini demək mümkündür.

Mənbə: ted.az