Apple-ın başı dərddə: iOS 13,5-də daha bir xəta

Apple-ın qısa müddət əvvəl aktivləşdirdiyi yeni mobil əməliyyat sistemi versiyası olan iOS 13,5 ilə bağlı narazılıq yaranıb.
TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xeyli sayda istifadəçi iOS 13,5 xətası ilə bağlı şikayətlənir.
İstifadəçilərin dediklərinə görə, bəzi tətbiqləri istifadə etmək istərkən xəbərdarlıq mesajı görünür və proqram açılmır. Sözügedən xəbərdarlıqda “Bu tətbiq artıq sizinlə paylaşılmır” deyilir.
Həm iPhone, həm də iPad tətbiqlərində bu xəta ilə qarşılaşan istifadəçilərin olduğu ortaya çıxıb.
Diqqət çəkən başqa detal isə bu xətanın əslində sadəcə son yenilənmə ilə sərhədli olmadığıdır. Bəzi istifadəçilərin mobil cihazlarında bənzər xəta mesajı görünsə də, telefonlarında iOS 13,5 yox, iOS 13.4.1 versiyasıdır. Bu da xətanın qaynağı barədə sualları daha qarmaşıq hala gətirir.
Qeyd edək ki, Apple rəsmiləri məsələ ilə bağlı susqunluqlarını qoruyurlar.

Ted.az

ƏVVƏLKİ XƏBƏR

AKP sözçüsündən Yaycının istefasına münasibət

SONRAKI XƏBƏR

Kədərli fotosuna görə lağa qoyuldu