Hakerlər bu dəfə aviaşirkətlərə qarşı: Milyonlarla müştəri kiberhücum qurbanı oldu

Hakerlər EasyJet aviaşirkətinin 9 milyon müştərisinin fərdi məlumatlarını oğurladılar.

EasyJet aviaşirkəti haker hücumuna məruz qalıb. Kiberhücum nəticəsində 9 milyon müştərinin fərdi məlumatları ələ keçirilib. Oğurlanan məlumatlar sırasında yalnız elektron poçt ünvanları, müştərilərin uçuş etdikləri tarixlər deyil, eyni zamanda bank kartlarına aid məlumatlar da daxildir.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, naməlum kibercinayətkarlar 2208 müştərinin bank kartlarının fərdi məlumatlarını ələ keçiriblər.

Qeyd edək ki, bu, hakerlərin hava nəqliyyatına ilk hücumu deyil. 2018-ci ilin payız ayında British Airways aviaşirkətinin yüz minlərlə müştərisi də kiberhücuma məruz qalıb. Bu hücum şirkətin rəsmi saytına, mobil tətbiq versiyasına zərər vurmuşdu. Eyni zamanda, hücum nəticəsində 380 min müştərinin bank kartlarına aid fərdi məlumatlar oğurlanıb.

Elə həmin ildə ABŞ-a məxsus Delta aviaşirkətinə qarşı da kiberhücum edilib. Hücum zamanı yüz minlərlə müştəri zərər görüb. Onların adları, ünvanları və bank kartlarına aid məlumatlar ələ keçirilib.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğan 3 liderlə danışdı: Koronavirus gündəmdə...

SONRAKI XƏBƏR

Türkiyə ordusu 13 terrorçunu zərərsizləşdirib