Netflix passiv abunəçilərin hesabını ləğv edir

Dünyanın ən böyük əyləncə platformalarından olan Netflix gözlənilməz qərar qəbul edib.
TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, platforma rəsmiləri istifadəçisi hesabların abunəliyini ləğv qərarı veriblər.
Uzun müddət istifadə edilməyən hesabların abunəlikləri avtomatik şəkildə ləğv olunmağa başlayıb.
Sözügedən proses 1 il müddətində passiv olan hesablara tətbiq olunur. Bundan əvvəl isə həmin hesabların sahiblərinə məsələ haqqında e-mail göndərilir.
Netflix-dən verilən açıqlamada abunəlikləri ləğv edilən hesabların məlumatlarının saxlanılacağı da qeyd olunub. Yəni istifadəçi təkrar giriş etdiyi halda izləmə tarixçəsi və bəyənmələri qorunmuş olacaq.
Qeyd edək ki, pandemiya dönəmində Netflix-in populyarlığı xeyli artıb. Firma 2020-ci ilin ilk rübündə 15,8 milyon yeni abunəçi qazanıb. Bu, platformaya 5,77 milyard dollar gəlir gətirib. Dünya üzrə abunəçi sayı isə 182 milyona yüksəlib.

Ted.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyada kosmonavtlar da koronaya yoluxdu

SONRAKI XƏBƏR

Azərbaycanlı qadın Türkiyədə koronavirusdan öldü