İsveç alimləri ölkələr arasında koronavirusdan ölüm nisbətlərini müqayisə etməyin düzgün olmadığını düşünürlər

İsveç alimləri ölkələr arasında koronavirusdan ölüm nisbətlərini müqayisə etməyin düzgün olmadığını düşünürlər

Stokholm, 23 may, Rauf Əliyev, AZƏRTAC

İsveç alimləri fərqli hesablama sistemlərinin istifadəsinə əsaslanaraq ölkələr arasında koronavirusdan ölüm nisbətlərini müqayisə etməyin düzgün olmadığını düşünürlər.

AZƏRTAC İsveç KİV-lərinə istinadən xəbər verir ki, son məlumatlara əsasən, İsveç son yeddi gün ərzində adambaşına düşən COVID-19-dan ölüm nisbətinə görə bütün digər Avropa ölkələrini üstələyir. Hesablamalar, may ayının 12-dən 19-dək olan COVID-19 virusunun qurbanlarına aiddir. Belə ki, bu tarixlərdə hər bir milyon əhaliyə İsveçdə hər gün orta hesabla koronavirusdan 6,25 ölüm qeydə alınıb ki, bu da bu müddət ərzində Avropada ən yüksək göstərici olub.

Buna baxmayaraq, yerli jurnalistlərə verdiyi müsahibədə krallığın dövlət epidemioloqu Anders Tagnell, bu cür müqayisənin hər bir ölkədəki mövcud vəziyyəti tam əks etdirə bilmədiyini vurğulayıb. A.Tegnell hesab edir ki, fərqli ölkələrdə ölüm səbəblərinin qeydiyyatı üçün müxtəlif sistemlərin istifadə olduğuna görə bu cür müqayisələr aparanlar diqqətli olmalıdır və buna görə təqdim olunan məlumatlar obyektiv müqayisə aparmağa imkan vermir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Mənbə: azertag.az