Rusiya kosmosa 20 siçan göndərir

Rusiya kosmosa 20 siçan göndərir

Rusiya 2025-ci ildən sonra kosmosa bioloji peyk buraxmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bunu “Ria Novosti”yə açıqlamasında Rusiya Elmlər Akademiyasının Tibbi Bioloji Problemlər İnstitutunun sədrinin müavini Vladimir Sıçev deyib. O, kosmosa buraxılacaq “Vozvrat MKA” peykinin sərnişinlərinin 20 siçan olacağını bildirib. Sıçev siçanların 200 min kilometr yüksəkliyə göndəriləcəyini və orada təxminən 1 ay keçirəcəklərini deyib.

Sədr müavini peykin yaradılması ilə hazırda Proqres raket-kosmik mərkəzin məşğul olduğunu bildiirb.

Mənbə: axar.az