Yeni iPhoneların satış qiymətləri açıqlandı

“Apple” şirkətinin yeni iPhonelarının qiymətləri açıqlandı.

“Report” “Tom’s Guide”a istinadən xəbər verir ki, bunlardan 5,4 düyüm diaqonal ekranlı "iPhone 12" 649-749 ABŞ dollarından, 6,1 diaqonallı "iPhone 12 Max" 749-849, 6,7 diaqonallı "iPhone 12 Pro Max" 1 400 ABŞ dolları qiymətinə satışa çıxarılacaq.

Koronavirus üzündən təqdimat tarixləri dəqiq məlum olmayan adıçəkilən cihazlar OLED displeylə təchiz olunacaq və 5G texnologiyasını dəstəkləyəcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Parisdə 28 May - Respublika Gününə həsr edilmiş “28 il Qarabağsız” adlı onlayn konfrans keçiriləcək

SONRAKI XƏBƏR

Lukaşenko xəbərdarlıq etdi: “Koronavirusun ikinci dalğasına hazırlaşın”