İsveçdə 5G şəbəkəsi istifadəyə verilib

İsveçdə 5G şəbəkəsi istifadəyə verilib

İsveçdə "Tele2" telekommunikasiya şirkəti ölkədə ilk yeni nəsil 5G mobil şəbəkəsini istifadəyə verib...

İsveçdə "Tele2" telekommunikasiya şirkəti ölkədə ilk yeni nəsil 5G mobil şəbəkəsini istifadəyə verib.

İnterAz-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə konsernin press-relizində məlumat verilir.

"Bu gün böyük gündür, biz "Tele2" İsveçdə - Stokholm, Göteborq və Malmödə ilk 5G mobil şəbəkəsini təqdim edə bilirik. Mən İsveçin ilk həqiqi və ən geniş 5G şəbəkəsinə qapı açdığımız üçün qürur duyuram", şirkətin rəhbəri Anders Nilsson bildirib.

Yeni texnologiya 1 Gb s sürətlə məlumat ötürməni təmin edir, bu isə 4G nəslindən təxminən 4 dəfə daha çoxdur.

Mənbə: www.interaztv.com