Koronavirusun müalicəsində məşhur dərmanla bağlı mif dağıldı: Öldürürmüş...

Koronavirusun müalicəsində məşhur dərmanla bağlı mif dağıldı: Öldürürmüş...

Antimalarial hidroksiklorokin koronavirus xəstələrinin ölüm faizini artırır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Lancet” jurnalında dərc olunan bir araşdırmada bildirilib.

Amerikalı həkimlər Covid-19 diqanozuyla xəstəxanaya yerləşdirilmiş 96,032 nəfərin analizi haqda danışarkən bildirib ki, onlardan 14,888 nəfəri müalicə zamanı məşhur olan antimalarial dərmanlar qəbul edib. Xəstələr dörd qrupa bölünüb, hər birində xəstələrə hidroksiklorokin, xlorokin və ya onların analoqları antibiotiklərlə birlikdə və ya onlarsız təyin edilib. Nəticədə məlum olub ki, antimalarial dərmanlar nəinki effektivlik göstərməyib, hətta ölüm hallarını da artırıb.

10 698 nəfər və ya xəstələrin ümumi sayının 11,1 faizi dünyasını dəyişib. Məlum olub ki, hidroksiklorokin və onun analoqlarını qəbul edən qruplarda ölüm 16 ilə 23,8 faiz arasında dəyişib, nəzarət qrupunda isə ölüm nisbəti 9,3 faiz səviyyəsində qalıb. Ölümlərin çoxuna ürək-damar xəstəliklərinin kəskinləşməsi səbəb olub.

Mütəxəssislər tədqiqatın Covid-19 müalicəsində antimalarial dərmanların istifadəsinin təhlükəsi haqqında danışmaq üçün kifayət qədər dəlil olduğunu bildirib. Alimlər koronavirus xəstələri ilə bağlı təhlil edilən məlumatların Şimali Amerika, Cənubi Amerika, Avropa, Asiya, Afrika və Avstraliyada yerləşən 671 klinikadan alındığını vurğulayıblar.

May ayında Çin alimləri hidroksiklorokininin təkcə koronavirusa qarşı təsirli olmadığını, eyni zamanda bədənə ciddi zərər verə biləcəyini söyləyib. Beləliklə, ntimalarial dərman ilə Covid-19 xəstələrini müalicə etməyin cüzi yaxşılaşma və simptomları azaltmasıyla yanaşı, əks təsirlərə səbəb ola biləcəyi də üzə çıxıb.

Alpər

Mənbə: qaynarinfo.az