Ultra nazik şüşəli smartfon tezliklə təqdim ediləcək

Ultra nazik şüşəli smartfon tezliklə təqdim ediləcək

Maraqla gözlənilən “Motorola RAZR 2” modeli - “smith” adı və “XT2071-4” nömrəsi qeydiyyatdan keçib.

Open.az xəbər verir ki, modelin pərəstişkarlarına təəssüflə məlumat verilir ki, sözügedən cihaz yenə də, flaqman kateqoriyasına aid olmayacaq. Belə ki, model “Qualcomm Snapdragon 765G” prosessoru, “Snapdragon X52” 5G modemi ilə təchiz olunacaq.

Bundan əlavə şirkət; əsas kameranı 48 MP-lik “Samsung ISOCELL Bright GM1” və frontal kameranı 20 MP-ə dəyişəcək. Cihazın işini təmin edən batareya isə 2845 mAh həcmində olacaq.

Displey diaoqonallarına gəldikdə isə “Flex View” və “Quick View” olaraq, dəyişilməz qalacaqlar. Mənbə qeyd edir ki, yeni cihazın ekranı üçün plastik yox, “Ultra Thin Glass” texnologiyası istifadə oluna bilər.

Qeyd edək ki, yeni model öncədən quraşdırılmış “Androin 10” bazası ilə birlikdə təqdim ediləcək.

Mənbə: open.az