"Google Play Store"-da dələduz tətbiq aşkarlandı

"Google Play Store"-da dələduz tətbiq aşkarlandı

“ESET” mütəxəssisləri Android platforması üçün “DEFENSOR ID” adlı zərəli tətbiq aşkarlayıb.

Open.az xəbər verir ki, bir neçə ay əvvəl “Google Play Store”-a müvəffəqiyyətlə yerləşən tətbiq istifadəçidən yalnız “xüsusi imkanlar” funksiyasına keçid icazəsi istəyərək, şübhə doğurmadan bütün məlumatları əldə edə bilirdi. Çünki, məhz bu sadə manipulyasiya istifadəçinin rəqəmsal dünyasının “Axilles dabanı” vəzifəsini daşıyır.

Beləliklə də, “Axilles dabanı”-na keçid əldə edən dələduz tətbiq; istifadəçinin bank kartları, kripto-cüzdanını, elektron ünvanları və şifrələrini bir məqamda istədiyi kimi istifadə imkanı əldə edirdi. Lakin bu hiylənin də ömrü “ESET” mütəxəssislərinin nərəzini cəlb edən ana qədər davam edib.

Sözügedən mütəxəssislər, qeyd edilən bütün bu məqamları “Google” şirkətinə ötürdüyü andan, dələduz-tətbiq mağazadan silinib. Anti-virus təchizatçıları isə xüsusi funksionallığa malik tətbiqləri anında aşkarlamaq üçün texnoloji məqamları bir daha gözdən keçirməli olublar.

Mənbə: open.az