Rusiya “Poseydon”un buraxılışını bu tarixdə keçirəcək

Rusiya “Poseydon”un buraxılışını bu tarixdə keçirəcək

Rusiyanın “Poseydon” sualtı pilotsuz aparatının ilk sınağı payızda keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə RİA-ya Rusiya müdafiə-sənayesi kompleksindəki mənbə məlumat verib.

Buraxılışın “Belqorod” atom sualtı qayığından həyata keçiriləcəyi bildirilib.

"Belqorod"dakı ilyarımlıq sınaq buraxılışından sonra aparat Rusiya Hərbi Dəniz Qüvvələrinin ixtiyarına veriləcək.

Mənbə: axar.az