"Covid-19"a qarşı qazanılan immunitetin müddəti 6 ayı keçmir - ARAŞDIRMA

Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirusla (Covid-19) bağlı araşdırmalar davam etdirilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə Hollandiyanın Amsterdam universitetində aparılan araşdırmada 35 yaşdan yuxarı 3 kişidən nümunə götürülüb. Nəticələrə görə, koronavirusa qarşı qazanılan immunitetin müddəti 6 aydan çox olmur.

Eyni zamanda araşdırmalar nəticəsində "Covid-19"un 4 fərqli növünə rast gəlinib. Bildirilib ki , həmin virus növlərinin bir-biri ilə çox az ortaq cəhətləri var.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

“Üzümdə əməliyyat etdirməmişəm” - Modeldən estetik açıqlaması

SONRAKI XƏBƏR

Karantin onlara da təsir etdi - Boşanırlar