Alt+F4 və Ctrl+F5 birləşmələri nə üçün lazımdır

Alt+F4 və Ctrl+F5 birləşmələri nə üçün lazımdır

Alt+F4 və Ctrl+F5 birləşmələri kompüterlə işləyərkən köməyimizə çatır. Ancaq bunların nə vaxt və hansı vəziyyətdə istifadə edilməsini bilmək vacibdir.

 

Klaviatur qısa yolları tez-tez təcrübəsiz istifadəçilərlə zarafat etmək məqsədilə istifadə olunur. Bu, yalnız ümumi istifadə olunan birləşmələrə deyil, həm də xüsusi bir proqramda istifadə olunanlara aiddir.

 

İstifadəçilər ən çox Alt+F4 və Ctrl+F5 ilə maraqlanırlar. Bunlar rastlaşa biləcəyiniz standart birləşmələrdir. Ancaq təəssüf ki, belə sadə məqamları hər kəs bilmir.

 

Alt+F4 birləşməsi uzun müddətdir ki, istifadə olunur. Onun vəzifəsi cari pəncərəni və ya proqramı dərhal bağlamaqdır. Bəzi proqramlarda isə bu zaman ekrana təsdiqləmə dialoqu da gələ bilər.

 

Daha az tanınan Ctrl+W kimi digər kombinasiyalar da var ki, təcrübəli istifadəçilərdə belə çaşqınlıq yarada bilər.

 

Ctrl+F5-ə gəldikdə isə bu, çoxlarının bilmədiyi olduqca faydalı birləşmədir. Yəqin bilirsiniz ki, F5 brauzerdəki səhifəni yeniləmək üçün istifadə olunur. Ctrl+F5 də demək olar ki, eyni işi görür. Fərq ondadır ki, F5 və ya Ctrl+R düymələrini sıxdığınız zaman səhifə keş qutusu nəzərə alınmaqla yenilənir. Yəni brauzer səhifəni yenidən yükləyir, ancaq bəzi məlumatları keş yaddaşından götürür.

 

Bir sözlə Ctrl+F5 və ya Shift+F5 birləşmələri səhifəni tamamilə yeniləyir. Keş də bu zaman yeniləndiyi üçün səhifənin aktual versiyasını əldə edə biləcəksiniz.

Mənbə: ted.az