Huawei Youtube-a alternativ tapdı

Huawei Youtube-a alternativ tapdı

ABŞ Prezidenti Donald Trampın sanksiyaları uzatmasından dolayı Huawei yeni çözüm yolları axtarmaqdadır.

TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Google infrastrukturundan istifadə edə bilməyən şirkət Youtube üçün alternativ tapıb.

Video platforması Dailymotion Huawei ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb.

YouTube-dan yararlana bilməyən Huawei Dailymotion-ın kodlarından istifadə edəcək.

Dailymotion-ın tətbiqi proqramlaşdırma interfeysinin ortaq şəkildə istifadə olunması mümkündür. Beləcə, Huawei Dailymotion ilə video mübadiləsi aparacaq. Yəni videolar həm Dailymotion-da yer alacaq, həm də Huawei-in öz tətbiqində izlənməsi mümkün olacaq.

Huawei YouTube-un öz istifadəçiləri üçün tanıdığı pul qazanma imkanına bənzər fürsət də təqdim edəcək. Hələlik sözügedən funksiyanın detalları açıqlanmayıb. Ümumiyyətlə, bu layihənin nə zaman həyata keçiriləcəyi bəlli deyil.

Mənbə: ted.az