“Twitter”in sahibi virusa görə kasıblara pul paylayacaq

“Twitter”in sahibi virusa görə kasıblara pul paylayacaq

Dünyanın zəngin insanlarının heç də hamısı xeyriyyəçi deyil. Bill Qeyts nümunəsi dünyada çox da populyarlaşmayıb.

Bizimyol.info xəbər verir ki, Cek Dorsin Qeyts kimi davranmaq qərarına gəlib. “Twitter”in sahibi koronavirusa görə kasıblara pul paylamaq fikrinə düşüb. Milyarder ABŞ ailələrinin dəstəklənməsinə 10 milyon dollar ayırıb.

Məbləğ “Project 100” xeyriyyə layihəsinə yönəldilib. Layihə qarşısına 100 min amerikalı ailəsinə kömək məqsədi qoyub. İndiyə qədər 84.3 min ailə lazımi yardımı ala bilib. Cek Dorsinin sayəsində daha 10 min ailə yardıma qovuşacaq. Təsadüfi seçilən hər ailəyə 1000 dollar veriləcək.

“Twitter”in sahibi ilk dəfə deyil ki, belə xeyirxah addım atır. Milyarder pandemiyanın ilk günlərində infeksiya ilə mübarizə üçün 1 milyard dollar ayırmışdı. Yetərincə böyük məbləğdir. Nəzərə alaq ki, Qeyts infeksiya ilə mübarizəyə cəmi 100 milyon dollar verib.

Mənbə: www.bizimyol.info